Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:00

Əfqanıstanda çalışan amerikalı general işdən kənarlaşdırılıb


Amerikalı general Peter Fuller Əfqanıstan ordusu və polisinin hazırlanmasıyla məşğul olan missiyanın rəis müavinliyindən azad olunub.

Buna səbəb onun Əfqanıstan hökuməti və prezident Hamid Karzaini tənqid etməsi olub.

Sərəncamı Əfqanıstandakı ABŞ və NATO qüvvələrinin komandanı Jhon Allen imzalayıb.

Peter Fuller bu yaxınlarda verdiyi müsahibələrdən birində Əfqanıstan məmurlarını “reallıqdan uzaq və naşükür” adlandırıb.

General deyib ki, Əfqanıstan liderləri ABŞ-ın Əfqanıstanda sabitliyə yönəlmiş səylərinə dəyər vermirlər.

Əfqanıstan prezidenti bu yaxınlarda Pakistan televiziyasına müsahibəsində demişdi ki, əgər ABŞ-la Pakistan arasında müharibə düşsə Kabil Pakistanın tərəfini saxlayacaq.

Fuller müsahibəsində buna da toxunub.
XS
SM
MD
LG