Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:52

Türkiyəyə qaz verəcək kəmərin illik gücü 16 mlrd. kubmetr olacaq


Foto arxiv

Foto arxiv

«Şahdəniz-2» layihəsi çərçivəsində Azərbaycan qazının Türkiyəyə ixracı üçün tikiləcək yeni kəmərin illik gücü azı 16 mlrd. kubmetr olacaq.

APA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkəti Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev deyib.

Onun sözlərinə görə, Türkiyəyə verilən qazın həcmini artırmaq üçün iki varianta baxılır.

Bunlardan biri yeni qaz kəmərinin tikintisi, digəri isə mövcud kəmərin genişləndirilməsidir.

O qeyd edib ki, yeni kəmərin tikintisinə «Şahdəniz» konsorsiumunun bir neçə şirkəti də qoşula bilər və bu kəmər Azərbaycan qazının Avropaya çatdırılması üçün təklif olunan digər layihələrə zidd deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG