Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:58

Dəməşq Vaşinqtonu ittiham edib


Dəməşq Vaşinqtonu Suriyanın daxili işlərinə kobud şəkildə qarışmaqda ittiham edib.

Rəsmi SANA agentliyi bildirir ki, ABŞ administrasiyası suriyalıları hakimiyyətin amnistiya təklifinə getməməyi məsləhət görüb.

ABŞ Dövlət Departamentinin sözçüsü Victoria Nuland cümə günü suriyalı etirazçılara bu təklifi qəbul etməməyi məsləhət görüb.

Vaşinqton hesab edir ki,Suriya prezidenti Basahr Asad hakimiyyətdən getməlidir.

Cümə günü Suriyada etiraz nümayişləri dağıdılarkən azı 23 adam öldürülüb.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 3 mindən çox adamın öldürüldüyünü deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG