Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:32

Nigeriyada azı 60 adam öldürülüb


Nigeriyanın şimal-şərqində yaraqlıların hücumları nəticəsində azı 60 adam öldürülüb, 100-ə yaxın adamsa yaralanıb.

France Press agentliyi şahidlərə istinadla xəbər verir ki, radikal islamçılar cümə Damaturu şəhərində bir neçə partlayış törədib, azı 3 polis məntəqəsi və şəhərdəki kilsəni atəşə tutublar.

Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri yaraqlıları geri oturdublar.

Bundan əvvəl isə Mayduquri şəhərində intiharçı özünü hərbi bazanın ətrafında partladıb.

Nigeriya hakimiyyəti hələlik məlumata münasibət bildirməyib.
XS
SM
MD
LG