Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:11

Yunanıstan parlamenti hökumətə etimad göstərib


Yunanıstanın baş naziri George Papandreounun şənbə günü prezident Karolos Papuliasla görüşəcəyi gözlənilir.

Papandreou dünən ölkə parlamentində çıxış edərkən yeni hökuməti defoltdan qaçmaq üçün Avropa Birliyi və Beynəlxalq Valyuta Fondunun Yunanıstana ayırdığı 130 milyardlıq krediti qəbul etməyə çağırıb.

Parlament cümə günü axşam Papandreounun rəhbərlik etdiyi hökumətə etimad göstərib.

Papandreounun bundan əvvəl xarici yardımla bağlı ölkədə referendum keçirmək istəməsini Avropa liderləri mənfi qarşıladı, bazarlara pis təsir göstərdi.
Amma hökumət sonda referendum ideyasını qəbul etmədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG