Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:02

Bakıda IV Beynəlxalq Təhsil Sərgisi açılıb


Noyabrın 5-də «Kaspi» Təhsil Mərkəzinin təşəbbüsü ilə Azərbaycanda 4-cü Beynəlxalq Təhsil Sərgisi açılıb.

Təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, sərgidə dünyanın 50-yə yaxın təhsil müəssisəsindən 15 təmsilçi iştirak edir:

«Sərgidə Böyük Britaniya, Kanada, Türkiyə, Polşa, Ukrayna, Litva, Rusiya və Kiprin müxtəlif universitetləri, təhsil müəssisələri təmsil olunur. Sərginin keçirilməsində məqsəd xarici təhsil müəssisələrinin nümayəndələri ilə tələbələrimizin təmaslarını təşkil etməkdir».

Nazir müavini deyib ki, «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində bu il də daxil olmaqla 1200-dək gənc xaricdə təhsil almağa göndərilib.

Sərgidə iştirak edən universitetlərdə illik təhsil haqqı 3-15 min dollar arasında dəyişir. /apa/
XS
SM
MD
LG