Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:53
Azərbaycanın «Şahdəniz-2» layihəsi çərçivəsində İrana iri həcmdə qaz satmaq imkanı olmayacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev bildirib.

İkinci faza çərçivəsində «Şahdəniz»dən ildə 16 mlrd. kubmetr qaz çıxarılması nəzərdə tutulub. Artıq Türkiyə ilə ildə 6 mlrd. kubmetr qazın alqı-satqısına dair razılıq əldə olunub. Qalan 10 mlrd. kubmetr üzrə isə Avropa alıcıları ilə danışıqlar aparılır.

İran «Şahdəniz-2» layihəsi çərçivəsində Azərbaycandan ildə 5-6 mlrd. kubmetr qaz almaq istədiyini bəyan edib. İki ölkə arasında qaz alqı-satqısına dair müqavilə imzalansa da, Azərbaycan hələ İrana qaz satmır. Amma Azərbaycan Naxçıvan MR-in təbii qaza olan ehtiyacını ödəmək üçün hər il İrana 400 mln. kubmetr qaz ixrac edir. /apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG