Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:11

«Sovet» əmanətlərinin qaytarılması, antikorrupsiyanın yaratdığı korrupsiya…


Mətbuat icmalı
Mətbuat icmalı
«Azadlıq» qəzeti sual edir ki, «AZƏRBAYCAN NİYƏ NORVEÇDƏN 90 PİLLƏ GERİDƏDİR?»

Müəllifin fikrincə, bu ona görə belədir ki, «Norveçdə neft gəlirlərindən bütün əhali, Azərbaycanda isə bir qrup adam bəhrələnir…».

«Ayna» qəzeti «22 MİLYARDLIQ BÜDCƏDƏ YAŞAYIŞ MİNİMUMU 108 MANAT...» olmasına diqqət çəkir.

Qəzet yazır ki, bəzi deputatlar səhiyyə və təhsil işçilərinin maaşlarının qaldırılmasının tərəfdarıdır...

«Yeni Müsavat» qəzeti «ANTİKORRUPSİYA ŞOUSUNUN YARATDIĞI KORRUPSİYA»dan yazır:

«İndi yoxlamaların gedişində təftişlər daha böyük məbləğdə rüşvət tələb edir, antikorrupsiya yeni rüşvət mənbəyinə çevrilib…».

«Exo» qəzeti: Noyabrın 21-22-də 2012-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı deputatlar «SOVET» ƏMANƏTLƏRİNİN QAYTARILMASI məsələsini qaldıracaqlar. Qəzet bunu Milli Məclisin Sosial siyasət daimi komitəsinin üzvü Musa Quliyevə istinadən yazır.

«Azərbaycan» qəzeti Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyevlə müsahibəni dərc edib:

«Azərbaycan Təhlükəsizlik Şurasına üzv seçilməyi ilə artıq böyük dividentlər əldə edib. TŞ-yə üzv seçilmək ilk növbədə, Azərbaycan dövlətinin bərabərhüquqlu etibarlı tərəfdaş kimi qəbulunun və siyasi çəkisinin göstəricisidir», - deyə səfir bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG