Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:10

Hikmət Hacızadənin Azərbaycanda İslam haqda kitabı - ingilis dilində!


Avtoritar üsullarla idarə edilən ölkədə dini azadlıqlar necə qorunur?

Bu, FAR Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadənin ingiliscə çap edilən yeni kitabında qoyulan və cavab axtarılan çoxsaylı suallardandır.

Kitabda müasir Azərbaycanda din” mövzusunda analitik materiallar, esse və sosioloji sorğular yer alıb.

“Islam and Religious Freedom in Independent Azerbaijan” (“Müstəqil Azərbaycanda İslam və dini azadlıq”) adlanan kitab həm də “Din və milli özünüdərk”, “Dini radikalizm və islamofobiya” və s. mövzulara işıq tutur. Bu məsələlər analitik materiallar, esse və sosioloji sorğularda detallI təhlil edilir.

Kitabı Almaniyanın “Lambert Academic Publishing” nəşriyyatı çap edib.

Kitab amazon.com on-line ticarət saytında da satışa çıxarılıb.

Amazon.com-da kitabın qiyməti 78 dollardır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG