Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:51

"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı əlavə ittiham irəli sürülüb


Azerbaijan – Zeynalli, Evez, editor-in-chief of Khural newspaper, Baku, undated
Azerbaijan – Zeynalli, Evez, editor-in-chief of Khural newspaper, Baku, undated
Bu barədə AzadlıqRadiosuna Ə.Zeynallının vəkili Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, daha üç nəfər baş redaktora müxtəlif vaxtlarda barələrində yazılan məqalənin dərc edilməməsi ilə bağlı rüşvət verdiklərini bildiriblər. Elçin Sadıqov onların Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə etdikləri şikayət əsasında Ə. Zeynallıya qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb:

"İstintaq sirri olduğundan həmin şikayətçi şəxslərin kimliklərini açıqlaya bilmərəm. Bircə onu deyə bilərəm ki, şikayətçilərin hər üçü ictimai şəxslərdir".

"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı oktyabrın 28-də deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib.

İttiham təsdiq olunarsa, baş redaktoru əmlakı müsadirə olunmaqla 8 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

"Xural" qəzetinin əməkdaşları Əvəz Zeynallının həbsinə qəzetə və redaktorun özünə edilmiş təzyiq kimi qiymətlənirirlər.
XS
SM
MD
LG