Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:51

Bakıda depo rəisi güllələnib


Hadisə noyabrın 4-ü səhər saatlarında Böyük Şor Lokomotiv deposunun inzibati binasında qeydə alınıb.

Deponun rəisi Kamal Ocaqverdiyev güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Bu haqda AzadlıqRadiosuna Nizami rayon prokurorunun baş köməkçisi Mobil Şəfiyev məlumat verib.

Aparılmış ilkin araşdırmalar zamanı «Makarov» tipli tapançadan açılan 6 güllədən 3-nün Kamal Ocaqverdiyevə dəydiyi məlum olub.

Şübhəli şəxs qismində deponun keçmiş işçisi, 1934-cü il təvəllüdlü Heydər Dadaşov saxlanılıb.

Hadisənin şəxsi ədavət zəminində baş verdiyi bildirilir.

Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz silah daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG