Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:09

Suriyada etirazçılara hücum davam edir


Bu gün Suriyanın Homs şəhərində tanklardan açılan atəş nəticəsində azı 3 adam həlak olub. Bu haqda yerli hüquq müdafiəçiləri məlumat verib. Dünən isə Homsda onlarla aksiyaçı öldürülüb.

Artıq ikinci gündür hökumət qoşunları Bab-Amro şəhərini də atəşə tutur. Burda prezident Bashar Assad əleyhinə tez-tez etiraz aksiyaları keçirilir.

Bu gün Suriyada cümə namazından sonra növbəti etiraz aksiyasının keçiriləcəyi gözlənilir.

Bundan əvvəl Suriya hakimiyyəti zorakılıqların dayandırılması və ordunun şəhərlərdən çıxarılması ilə bağlı Ərəb Dövlətləri Liqasının planını qəbul etmişdi.

Dövlət Departamentinin sözçüsü Victoria Nuland deyib ki, əgər Dəməşq vədlərini yerinə yetirməsə, onda təzyiqlər artacaq: “İndi Assad rejiminin borcudur ki, ilk növbədə Ərəb Dövlətləri Liqasına, ikincisi isə beynəlxalq ictimaiyyətə sübut etsin ki, o bu sazişə sadiqdir. Ərəb Dövlətləri Liqası şübhəsiz ki, Dəməşqin verdiyi vədlərə xilaf çıxmasından nəticə çıxaracaq”.

Suriyada mart ayından Bashar Assad rejiminə qarşı keçirilən etiraz aksiyalarında 3 mindən artıq adam öldürülüb.
XS
SM
MD
LG