Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:32

Dövlət qəzeti nazirlər barədə, yazıçı Anarla müsahibə


Mətbuat icmalı
Mətbuat icmalı
Rəsmi dövlət qəzeti «Azərbaycan»ın 3 noyabr sayında nazirlərin tənqidinə həsr olunmuş məqalə dərc edilib. «HAZIRA NAZİRLƏR» başlıqlı məqalədə heç bir nazirin adı çəkilmir.

Qəzet yazır ki, nazirlər özlərini təxminən Hollivud ulduzları kimi aparır. Bahalı xidməti maşınlar, cangüdənlər, işə gəlib-getməyi hadisəyə çevirmək azarı və s.
Qəzet hesab edir ki, bütün bunlar sıravi məmurlardan seçilmək və sadə camaatdan qorunmaq üçündür. «Baxmayaraq ki, birbaşa vəzifələri sıravi məmurlarla birlikdə sadə camaata xidmət etməkdir», - deyə qəzet əlavə edir.

Daha sonra «Azərbaycan» Heydər Əliyevin sözlərini yada salır: «Ulu öndər Heydər Əliyevin müşavirələrin birində nazirlərin işdəki davranışına özünəməxsus tərzdə şirin yumorla tutduğu iradı yəqin hamı xatırlayır. «Evdə həyat yoldaşına çay süzdürə bilməyən kabinetinə çay gətizdirir». O vaxt elə nazir qalmadı ki, əhali Prezidentin kimə işarə vurduğunu ona aid etməsin».

VƏKİLƏ TÖHMƏT

«Bizim Yol» qəzeti: Vəkil Aslan İsmayılova Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə töhmət verildiyi elan olunub. Vəkillər Kollegiyasına Aslan İsmayılovdan şikayət verilmişdi. Şikayətçi Aslan İsmayılovun rəhbərlik etdiyi «Viza» hüquq firmasına 500 manat pul ödədiyini, amma firmanın onunla müqaviləyə əməl etmədiyini, həmçinin pulu geri qaytarmadığını və onunla kobud davranıldığını iddia edib. Aslan İsmayılov cəzanı qəbul etmədiyini, ədalətsiz saydığını deyib: «Çox güman ki, bu yaxınlarda bir şou da qurub məni vəkillikdən çıxaracaqlar…».

«SƏDRLİKDƏ QALMAQ İSTƏSƏM, QALACAM, İSTƏMƏSƏM YOX»

«Yeni Müsavat» qəzeti Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla müsahibə dərc edib.

- Sizin sədrliyə namizəd gördüyünüz kimsə varmı? Özünüzdən başqa təbii ki...

- Var, amma onu demərəm. Desəm, əleyhinə yazmağa başlayacaqlar. Bir nəfər yox, bir neçə nəfər var. Mən demirəm, qalacam, amma tutaq ki, qaldım. 73 yaşım var, qalsam da bir neçə il qalacam. Ömrümün axırına qədər qalmayacam ki? Üstəlik, nə qədər ömrüm qaldığını da bilmirəm. Ona görə çox dəqiq dərk edirəm ki, bu yeri gec-tez başqaları tutacaqlar. Adamlara baxıram, onların hərəkətlərini, davranışlarını, çəkisini götür-qoy edirəm. Çünki adam 25 ilini bu işə həsr edibsə, onun dağılmasını, bərbad olmasını istəmir. Hərəsinin müsbət cəhətləri də var, mənfi cəhəti də. Bura çox çətin vəzifədir. Bəlkə də Azərbaycanda ən çətin vəzifələrdən biridir. O biri ittifaqlarda niyə bu qədər müzakirə, söz-söhbət yoxdur? Ancaq bizdə var, çünki hamının gözü bu idarədədir…

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG