Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:09

Rus millətçiləri Putinə qarşı çıxdı


Arxiv - Mosvada hökumətə qarşı aksiya. 22 oktyabr 2011

Arxiv - Mosvada hökumətə qarşı aksiya. 22 oktyabr 2011


Vaxtilə Rusiyadakı millətçi qruplar Putin hökumətini dəstəkləyirdilər. İndi isə onlar hökuməti tənqid edən şüarlarla küçələrə çıxmağa qərar veriblər.

Noyabrın 4-də Moskvada millətçilərin “Rus yürüşü” adlanan aksiya keçirəcəyi gözlənilir. Amma qruplar arasında - yürüşdə qaldırılacaq şüarlar üstündə mübahisə də yaranıb.

Bir qrup “Qafqazı yedizdirməyə son qoyun!” şüarını dəstəkləyir

Yürüş təşkilatçılarından biri Vladimir Tor deyir ki, Şimali Qafqazı nəzarətdə saxlamaq üçün oraya milyardlarla rubl sərmayə qoymaq siyasəti səhvdir.

O, Şimali Qafqazın muxtar respublikalarına verilən pulu rusların Qızıl Orda qarşısındaki öhdəliklərinə bənzədib.

Amma bəzi millətçi qruplar “Qafqazı yedizdirməyə son qoyun!” şüarı ilə razılaşmayıblar və alternativ yürüş keçirmək üçün Moskva meriyasından icazə istəyiblər.

O zaman millətçilər də bu havanı oynayırdılar. Bu həm də onlara öz sıralarını genişləndirmək üçün münbit zəmin əldə etmək şansı verirdi.


Tanınmış millətçi liderlər Viktor Şvedov və Yuri Qorski deyirlər ki, sözügedən şüar Rusiyanın ərazi bütövlüyünə təhlükə törədir.

“Otvaqa” millətçi-vətənpərvər hərəkatının sədr müavini Aleksandr Fursov isə AzadlıqRadiosunun rus xidmətinə bildirib ki, qafqazlılara qarşı şüarlar Qafqazın Rusiyadan ayrılmasına gətirib çıxara bilər.

O, hakim “Vahid Rusiya” Partiyasını millətçi qruplar arasında təfriqə salmaqda da ittiham edib.

Fursova görə, hakim partiya ölkədə etirazçı ovqatın yayılmasının əleyhinə olduğu üçün bəzi millətçi qrupları öz maraqları üçün istifadə edir. Yürüş ərəfəsində

Moskva polisi millətçi liderlərdən olan Dmitri Dyomuşkini saxlayıb

Onu yürüşlə bağlı məsələləri razılaşdırmaq üçün meriya rəsmiləri ilə planlaşdırılan görüş ərəfəsində saxlayıblar. Dyomuşkin onsuz da istintaq altında idi. Onu milli ədavəti qızışdırmaqda günahlandırırlar.
Vladimir Tor (solda)

Vladimir Tor (solda)


Polis onu qısa sorğu-sualdan sonra buraxsa da, xəbərdarlıq edib ki, kiçik bir qanun pozuntusuna yol versə, yenə saxlanacaq.

Bəziləri bunu Dyomuşkini yürüşdə iştirakdan çəkindirmək cəhdi kimi də qiymətləndirir.

Cümə günü keçiriləcək yürüşə 10 000-20 000 arası millətçinin qatılacağı gözlənilir. Noyabrın 4-ü Rusiyada həm də Milli Birlik Günü kimi qeyd edilir.

AzadlıqRadiosunun şərhçisi Brian Whitmore yazır ki, bir zamanlar

Kremlin himayə etdiyi millətçi hərəkat indi onun özünə qarşı çevrilir

Vaxtilə hökumət millətçi elementlərdən öz xeyri üçün istifadə edir, ölkədə gəlmələrə qarşı nifrət ovqatını gücləndirməklə diqqəti sosial problemlərdən yayındıra bilirdi.

O zaman millətçilər də bu havanı oynayırdılar. Bu həm də onlara öz sıralarını genişləndirmək üçün münbit zəmin əldə etmək şansı verirdi.

Amma son hadisələr göstərir ki, millətçi qrupların öz gündəmi var və onlar həmin gündəmlə hərəkət edirlər.

İndi hakim rejimi düşündürən odur ki, “Rus yürüşü”nün ona vura biləcəyi ziyanı
Eduard Limonov- Rusiyada solçu liderlərdən biri. O da millətçi şüarlarla çıxış edir...

Eduard Limonov- Rusiyada solçu liderlərdən biri. O da millətçi şüarlarla çıxış edir...

necə azalda bilər.

Qarşıdan parlament, ardından da prezident seçkiləri gəlir

Millətçi şüarlar indiki rus cəmiyyətində özünə dəstək qazanmaq istəyən siyasi qüvvələr tərəfindən geniş istifadə olunur.

Məsələn, parlamentdəki kommunistlər tələb edir ki, Rusiya pasportunda milliyyəti göstərən bölüm bərpa edilsin.

Jirinovskinin Liberal Demokrat Partiyasının 10 milyon tirajla çap etdiyi broşüründə “digər millətlərin rusları təhqir etdiyi, soyduğu” yazılıb.

Hətta liberal müxalifətlə assosiasiya olunan Vladimir Milov, korrupsiyaya qarşı mübariz Aleksey Navalnı kimi şəxslər də millətçi şüarlar səsləndirirlər.

Moskvadakı Karnegi Mərkəzinin eksperti Nikolay Petrov deyir ki, hökumət artıq millətçilikdən qorxmağa başlayıb. Çünki liberal müxalifətin sıxışdırılıb parçalandığı və zəif sosial bazaya malik olduğu indiki vaxtda millətçilər cəmiyyətdə böyük dəstək qazana bilərlər.

Noyabrın 4-ə nəzərdə tutulan yürüş bu dəstəyin güclü, yoxsa zəif ola biləcəyini göstərəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG