Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:00

İrandan Həccə gələnləri Səudiyyə Ərəbistanına buraxmırlar?


Həcc ziyarəti, 31 Oktyabr 2011-ci il

Həcc ziyarəti, 31 Oktyabr 2011-ci il

İRANLI ZƏVVARLAR DEPORTASİYDA OLUNUR?

Bütün dünyadan 2 milyon yarıma yaxın müsəlman bu aralar Səudiyyə Ərəbistanına gedib Həcc mərasiminə qatılır. Amma heç də bütün ölkələrdən gələnlər Səudiyyə Ərəbistanından Hacı kimi qayıda bilmir. Söhbət bəzi İran vətəndaşlarından gedir.

Həcc ziyarəti başlayandan bəri Mədinəyə gələn 150 İran vətəndaşı saxlanıb və deportasiya edilib. Zəvvarlardan biri İranın Fars agentliyinə deyib ki, onları hava limanında saxta vizalar bəhanəsi ilə həbs ediblər. Amma həmin şəxs iddia edir ki, Məşhəd şəhərindəki Səudiyyə Ərəbistanı konsulluğundan alınan vizaların saxta olmadığını elə bəzi Səudiyyə məmurları da etiraf edirdi.


RƏSMİLƏR DEPORTASİYADAN SÖZ AÇMIR

İran Xarici İşlər nazirinin müavini Hassan Qashqavi deportasiya faktlarından xəbərsiz olduğunu bildirib. Deyib ki, problem ondadır ki, Məşhəddəki konsulluq vizaların verilməsini çatdırmır və indi Səudiyyə Ərəbistanı rəsmiləri ilə müzakirələr aparırlar ki, İran vətəndaşlarına cümə günündən etibarən Həcc mərasimi üçün vizasız gediş-gəliş imkanı verilsin.

Hər iki ölkə bu məsələni şişirtməsə də, deportasiya faktının ABŞ-da Səudiyyə səfirinə sui-qəsd cəhdindən sonra baş verməsi diqqətdən qaçmır. ABŞ polisi sui-qəsdə görə İranı ittiham edir, Səudiyyə Ərəbistanı da Tehranın bu addımını cavabsız qoymayacağını bildirmişdi.

İran rəsmiləri bu cür ittihamları rədd eləsə də bəyan eləmişdilər ki, ümid edirlər ki, iki ölkə arasında münasibətlərin korlanması Həcc ziyarəti zamanı özünü göstərməyəcək.

Səudiyyə Şahzadəsi Nayef bin Abdel Aziz də bildirmişdi ki, “İranla olan münasibətlərin Həccə dəxli olmayacaq, çünki İranlılar həmişə Həccə hörmətlə yanaşıblar”.

SƏUDİYYƏ ŞAHZADƏSİ KİMƏ XƏBƏRDARLIQ EDİR?

Amma həm də Daxili İşlər naziri olan Şahzadə Nayef bildirmişdi ki, zəvvarların təhlükəsizliyini təmin eləmək üçün nə lazımdırsa ediləcək və hər şeyə hazırlıqlıdırlar.

"Biz hər şeyə hazırıq, nə olursa olsun…. Bunlar əmin-amanlığı təmin etmək üçündür. Amma kimsə hücum etmək istəyirsə onlara qarşı hər yola əl atılacaq”.

Amma aralarında məşhur Quran şərhçilərinin də yer aldığı bəzi İran zəvvarları deportasiya edilmələrini birbaşa iranlılara qarşı yönələn ayrı-seçkilik kimi qiymətləndirir.


HƏCC ZİYARƏTİ İRANLI AGENTLƏRİN TƏŞVİQAT İMKANI KİMİ

Britaniyalı jurnalist Adel Darwish kimi müşahidəçilər də bu cür iddialara haqq verir. Darwish deyir ki, İran hökuməti Həcc ziyarətindən İslam inqilabı ideyalarını yaymaq üçün istifadə etmək qərarı verəndə, 1980-ci illərdə bu cür deportasiya faktları var idi.

“Son illərdə iranlılar öz kəşfiyyatçılarını və agentlərini zəvvar qiyafəsində göndərməkdə çox ustalaşıblar. Və bundan özlərinin inqilab və radikal ideyalarını Ərəbistana Afrika, Avropa və Uzaq Şərqdən gələn zəvvarlar arasında yaymaq üçün istifadə edirlər. və bu ideyaları yığmaq üçün Həcc kimi mərasimlər yaxşı imkandır.”

Darwish deyir ki, islamın iki fərqli cərayanını şiəliyi və sələfiliyi yaydığı üçün bu iki dövlət hər zaman bir-biriylə rəqabət aparacaq. Amma son baş verənlərdən sonra Səudiyyə Ərəbistanının öz maraqlarını qorumaq üçün daha sərt addımlar da ata bilər.


HƏCC ZAMANI QANLI TOQQUŞMALAR

Ümumiyyətlə Səudiyyə Ərəbistanı və İrandan gələnlər arasında zaman-zaman Həcc mərasimləri zamanı qanlı toqquşmalar da olub.

Məsələn 1987-ci ildə Həcc ziyarəti zamanı İranlı zəvvarlar və Səudiyyə təhlükəsizlik qüvvələri arasındakı toqquşmada 400 nəfər ölmüşdü, minlərlə adam yaralanmışdı. Onların 275-I iranlı zəvvarlar idi.
Bunun ardınca Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum olmuşdu. İranın dini lideri Ayatollah Khomeini isə ərəbləri qisas olaraq Səudiyyə kral ailəsini devirməyə çağırmışdı və 3 il müddətinə Həcc ziyarətini boykot eləmişdilər.

Səudiyyə Ərəbistanl bu hadisədən sonra İrandan gələn ziyarətçilərin ayını kəskin azaltdı. 150 min yerinə ancaq 45 minlik kvota ayırdı.

1989-cu ildə Həcc mərasimi zamanı iki bomba partladıldı. 1 nəfər həlak olub, 16 nəfər yaralanmışdı. Və Səudiyyə polisi bunda İranı ittiham elədi. Qisas olaraq da İrana işləməkdə ittiham elədiyi 16 Küveytli şiəni edam elədilər.

1990-cu ildə deplomatik münasibətlər bərpa edilsə və iranlıların Həcc ziyarətinə icazə verilsə də, onları Məkkə yaxınlığındakı xüsusi düşərgədə qəbul edirdilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG