Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:56
Dünyanın ən böyük on-line kitab satışı şəbəkəsi olan amazon.com daha bir yeniliyə imza atdı.

Amazon.com – elektron kitabxana yaratdı.

Kitabxanadan yalnız amazon.com-un buraxdığı “Kindle” e-book reader-lərinə sahib olanlar istifadə edə biləcəklər.

İlkin mərhələdə oxucular 5 min kitaba çıxış əldə edəcəklər. O cümlədən əvvəllər və indi besteller olan 100-ə yaxın kitaba.

Kitabxanadan istifadə etmək üçün “Amazon Premium” paketinin sahibi olmaq gərəkdir. Həmin paketin illik üzvlük haqqı, məsələn ABŞ-da 79 dollardır.

Həmin paket həm də istifadəçiyə 13 min film və televiziya şousunu yükləmək imkanı verir.

Kitabxanaya yazılanlar şəxs eyni vaxtda yalnız bir kitabdan istifadə edə bilər. Növbətisini götürmək üçün əvvəlkini pozmaq lazımdır.

Amma yeni kitabxana layihəsi məsələsində ABŞ-ın 6 ən böyük nəşriyyatı amazon.com-la əməkdaşlıq etməkdən imtina eləyib. Onlar düşünürlər ki, bu, onların buraxdığı kitabların satışına mənfi təsir edə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG