Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:34

Kubada şəxsi mülkiyyətin satışına icazə verilir


Kuba hökuməti şəxsi mülkiyyətin satışı barədə qanun qəbul edib.

Rəsmi Granma qəzeti indən belə vətəndaşlar və ölkədə daimi yaşayış icazəsi olanlara ev, mənzil və maşın almaq və ya bağışlamaq hüququ verildiyini yazır.

Yeni qanun noyabrın 10-da qüvvəyə minəcək.

Bu 52 il ərzində sosialist dövləti olan Kubanın tarixində ilk belə islahatdır.

Prezident Raul Kastro sovet tipli ölkə iqtisadiyyatında yavaş-yavaş islahatlar aparmağa can atır.

Özəl sektorun genişləndirilməsi bu proqramın əsas maaddəsidir.

Proqram bu ilin aprelində Kommunist partiyasının vı qurultayında qəbul olunub.
XS
SM
MD
LG