Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:28
Barack Obama dünyanın ən nüfuzlu adamıdır. «Forbes» jurnalı 2011-ci ildə dünyanın ən nüfuzlu adamlarının növbəti reytinqini açıqlayıb. «Forbes» yazır ki, «əl-Qaidə» lideri Osama bin Laden və Liviya diktatoru Muammar Gaddafi'nin ölümündən sonra B.Obama'nın nüfuzu daha da artıb.

Obama jurnalın ötən ilki siyahısına başçılıq edən Çin Xalq Respublikasının sədri Hu Jintao'nu geridə qoyub. H.Jintao bu il 3-cüdür.

Reytinq cədvəlində 4-cü olan Almaniya kansleri Angela Merkel dünyanın ən nüfuzlu qadını olaraq qalır.

PUTİN 2-CİDİR

Yenidən prezidentliyə iddialı Rusiya baş naziri Vladimir Putin dünya nüfuzluları sırasında 2-cidir.

«Güclü, novator iqtisadiyyatı və ordusu ilə ABŞ mübahisəsiz dünyanın ən nüfuzlu dövləti olaraq qalır», – deyə «Forbes» yazır.

Yüksək işsizlik və zəifləmiş iqtisadiyyat ucbatından B.Obama'nın nüfuzu öz ölkəsində zəifləyib. Amma bu, onun dünyada nüfuzuna xələl yetirməyib.

Bill Gates

Bill Gates

QARŞISINA İNFEKSİON XƏSTƏLİKLƏRƏ QALİB GƏLMƏK MƏQSƏDİ QOYAN İNSAN

«Microsoft»un yaradıcısı Bill Gates isə «Forbes»in siyahısında 5-cidir. Onun xeyriyyə təşkilatının dəstəyi ilə yaxınlarda malyariya peyvəndi klinik təcrübədən keçib:

«Gates'in məqsədi infeksion xəstəlikləri insan ölümünün səbəbləri sırasından tamamilə çıxarmaqdır. O, buna müvəffəq ola bilər», – deyə «Forbes» yazır.

««Facebook» sosial şəbəkəsinin yaradıcısı 27 yaşlı Mark Zuckerberg ötən ilki 40-cı yerdən bu il 9-cu pilləyə yüksəlib. Reytinqdə Zuckerberg'dən əvvəl ABŞ Federal rezerv sisteminin rəhbəri Ben Bernanke, ondan sonra isə Britaniyanın Baş naziri David Cameron yer alıb.

AMERİKA MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN EDƏ BİLMƏDİYİNİ....

Mark Zuckerberg

Mark Zuckerberg

«Forbes» yazır ki, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin 60 ildə edə bilmədiyini Zuckerberg 7 ilə etdi: 800 milyon adamın nə düşündüyünü, nə oxuduğunu və dinlədiyini bilməklə.

Dünyanın neft istehsalı üzrə lideri - Səudiyyə Ərəbistanın kralı Abdullah bin Abdulaziz al-Saud dünya nüfuzluları sırasında 6-cı, Roma papası Benedict XVI 7-cidir.

ƏRDOĞAN DA

70 nəfərin yer aldığı siyahıda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın da adı keçir, o, nüfuzuna görə 48-ci pillədə yer alıb.

Rusiyanın prezidenti isə baş nazirinə xeyli uduzur. Putinin 2-ci olduğu siyahıda Dmitri Medvedev 59-cudur.

Günün bütün mövzuları

XS
SM
MD
LG