Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:59

Suriyada azı 20 nümayişçinin öldürüldüyü xəbər verilir


Suriya hökumət qoşunlarının Homs şəhərində nümayişçiləri atəşə tutması nəticəsində azı 20 adam ölüb.

Bu barədə Böyük Britaniyada fəaliyyət göstərən suriyalı hüquq müdafiəçiləri xəbər verirlər.

Başqa bir suriyalı fəal isə Hama və İqlib şəhərlərində də prezident Bshar Assadın istefası tələbilə nümayişlər keçirildiyini xəbər verir.

Suriya hakimiyyəti dünən zorakılıqların dayandırılması və ordunun şəhərlərdən çıxarılmasıyla bağlı Ərəb Dövlətləri Liqasının planını qəbul etmişdi.
XS
SM
MD
LG