Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:58

Saif al İslam Liviyadan qaçmağa çalışır


Keçmiş Liviya dikdatoru Muammar Qaddafinin oğlu Saif al İslam çox güman ki, Liviyadan qaçmağa çalışır.

Bunu Haaqa məhkəməsinin baş prokuroru Luis Moreno Ocampo bəyan edib.

O beynəlxalq aləmi buna imkan verməməyə çağırıb.

Moreno Ocampo həmçinin bildirib ki, Qaddafi ordusunun kütləvi zorlamalar törətməsilə bağlı dəlilləri, o cümlədən Qaddafinin əlehdarları və NATO-nun hərbi cinayətlər törətmələrilə bağlı məlumatları araşdırır.

Prokurorun sözlərinə görə, söhbət üsyançıların qanunsuz həbslər və qətllər törətməsindən gedir.

NATO qüvvələrinə gəldikdə isə Moreno buna aydınlıq gətirməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG