Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:27

Azərbaycan Misirə nota verib


Buna səbəb Misirin “Mobinil” mobil operator şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” ilə roaming sahəsində əməkdaşlıq etmıəsi olub.

Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, belə bir əməkdaşlığın dayandırılması ilə bağlı səfirlik Misirin Xarici işlər və Rabitə və İnformasiya texnologiyaları nazirliklərində görüşlər keçirib. Bundan sonra Misir tərəfinə belə bir əməkdaşlığın dayandırılması üçün nota ilə müraciət edilib.

Notada “Mobinil”-in “Karabakh Telecom” ilə əməkdaşlığının beynəlxalq normalara uyğun olmadığı bildirilib. Ölkənin telekommunikasiya məkanına müdaxilənin ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilərək bu əməkdaşlığın dayandırılması üçün lazımı tədbirlərin görülməsi xahiş olunub.
Bundan sonra “Mobinil” ilə “Karabakh Telecom” arasındakı əməkdaşlıq dayandırılıb.

Nazirliyin məlumatında qeyd olunur ki, bir müddət belə bir əməkdaşlıq Misirin “Vodafone Egypt” mobil operatoru ilə “Karabakh Telecom” arasında aşkar edilib. Azərbaycan səfirliyinin müraciətindən sonra bu əməkdaşlıq dayandırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG