Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:55

Türkmənbaşının qızıl heykəli təzədən ucaldıldı


Türkmənbaşının qızıl heykəli.
Türkmənbaşının qızıl heykəli.


2006-cı ildə vəfat edənə qədər 16 il Türkmənistana təkbaşına rəhbərlik edən Saparmurat Niyazov – Türkmənbaşı yenidən türkmən vətəndaşlarının gözünə “görünüb”. Onun 2010-cu ildən Aşqabad yaxınlığından götürülən heykəli təzədən ucaldılıb. Özü də əvvəlkindən də daha əzəmətli formada.
Niyazovun qızıl heykəli Gurbanguly Berdymukhammedov hakimiyyətə gələndə sökülmüşdü.
Niyazovun qızıl heykəli Gurbanguly Berdymukhammedov hakimiyyətə gələndə sökülmüşdü.

Türkmənbşının 12 metr hündürlüyündə olan, daim günəşin dalınca fırlanan qızıl heykəli əvvəllər 75 metrlik bir postamentin üstündə yerləşirdisə, indi daha yüksəyə qalxıb.

Oktyabrın 31-dən heykəl artıq 95 metrlik bir postamentə qalxıb və günəş şüaları altında bərq vurmağa başlayıb.

Türkmənbaşının qızıl abidəsinin yenidən yüksəlməsi ilə ölkədə yeni prezidentlə islahatlara ümid edənlərin də əhvalı pozulub.

AzadlıqRadiosunun Türkmən xidmətinə danışan ziyalılar bu hadisəni yenidən şəxsiyyətə pərəstiş dövrünə qayıdış kimi qiymətləndirirlər. Onlar deyirlər ki, Türkmənbaşı öləndən sonra yerinə gələn Gurbanguly Berdymukhammedov əvvəllər
Aşxabadda Niyazovun neytrallıq rəmzi kimi təqdim edilən qızıl heykəli
Aşxabadda Niyazovun neytrallıq rəmzi kimi təqdim edilən qızıl heykəli
keçmiş ölkə başçısının şəkillərini, heykəllərini azaldanda, onun öz yaxınlarının adlarını verdiyi təqvimdəki ayları dəyişəndə qazandığı “islahatçı” imicini itirmək üzrədir. Və heykəlin qayıdışı birbaşa siyasi məsələdir.

Ancaq Türkmənistanda heç də hər kəs Türkmənbaşının qızıl heykəlinin qayıdışını belə qəbul etmir.

Məsələn, Aşqabaddakı səyahət firmalarından birinin rəhbəri deyir ki,” bu heykəli görmək üçün əvvəllər Türkmənistana çoxlu turist gəlirdi. İndi onlar yenə axışacaq. Çünki bunu diktatura və zalım hökmranlığın simvolu kimi görürlər. Təəssüf ki, biz xalq üçün utanc yeri olan və absurd arxitektura nümunələri ilə dünyaya tanınırıq”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG