Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:25

Bahar Muradova: «İranlı dostlarımız Azərbaycan haqqında fikirlər səsləndirərkən…»


Bahar Muradova
Bahar Muradova
«Azərbaycanda bütün dinlər yanaşı, bərabər fəaliyyət göstərirlər. Ölkədə bütün dini konfessiyalar fəaliyyətini qanun çərçivəsində qurur».

Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova son vaxtlar İranın bəzi dini xadimlərinin Azərbaycanla bağlı səsləndirdikləri tənqidlərə münasibət bildirərkən deyib.

«Azərbaycanda heç vaxt biristiqamətli, biryönümlü fəaliyyət olmayıb. Buna görə də düşünürəm ki, iranlı dostlarımız İranda Azərbaycan haqqında fikirlər səsləndirərkən ən azı Azərbaycanın müstəqil dövlət olduğunu, eləcə də ikitərəfli münasibətlərdə İranla bağlı mövqeyimizi, bu ölkə ilə dost münasibət saxladığımızı unutmasınlar», - deyə B. Muradova bildirib. /apa/
XS
SM
MD
LG