Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:01

ATV və Xəzər TV qarşısında etiraz aksiyası olub


Mənzil tikinti şirkətinin aldatdığı 50-yə yaxın şəxs noyabrın 3-də ATV və Xəzər TV qarşısında etiraz aksiyası keçiriblər. Narazıların etirazına həmin televiziyalarda onları aldadan şirkət barəsində reklam verilməsi səbəb olub.
Aldadılan payçı Əli Əliyev:
“Biz ATV və Xəzər TV-yə etiraz etdik ki, bizi aldadan şirkəti niyə yenidən reklam edirsiz. Halbuki Xəzər TV 10-15 gün əvvəl həmin tikinti şirkətinin adamları necə aldatdığı barədə reportaj verib, amma indi həmin şirkət o televiziyada reklam olunur. Şirkət rəhbəri adamları yenidən onlardan ev almağa çağırır”.

Payçılar daha sonra aksiyanı Baş Prokuror Yanında Korrupsiya Qarşı Mübarizə İdarəsinin qarşısında davam etdiriblər.
“Kamran B.Ə.” MMC tərəfindən aldadıldıqlarına etiraz edənlər indiyə qədər tikinti şirkəti, Bakı Şəhər İcra hakimiyyəti və Prezident Administrasiyası qarşısında aksiyalar keçirməklə onları aldadan tikinti şirkəti rəhbərlərinin cəzalandırlmasını tələb ediblər.
Adamların tələblərindən sonra dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən «Kamran B.Ə.» MMC-nin təsisçisi, icraçı direktoru və tikinti nəzarətçisi həbs edilib. Şirkətin direktorunun səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Amma aldadılan payçılar tələb edirlər ki, əsas günahkar onların pul ödədiyi “Şaiq” MTK-nın rəhbəri İsfəndiyar Axundovdur.
Belə ki, Bakı şəhər İcra Hakimiyyətindən şikayətçi payçılara rəsmi olaraq bildirilib ki, şəhər icra hakimiyyəti “Kamran B.Ə.” MMC-yə Yasamal rayonu ərazisində yaşayış binasının layihələşdirilməsi və ya tikintisi ilə bağlı hər hansı bir icazə sənədi verilməyib. Qeyd olunan ünvanda tikinti işləri vətəndaş İsfəndiyar Axundovun təsisçisi olduğu “Şaiq” MTK tərəfindən aparılır.
Qeyd olunan tikinti şirkətindən mənzil alanlar sonradan xəbər tutublar ki, onların mənzilləri daha bir neçə nəfərə satılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG