Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:48

Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədovun oğlu bu partiyada Gənclər Təşkilatına rəhbər vəzifəyə gəlib.

18 yaşlı Ayxan Etibaroğlu partiyanın gənclər təşkilatı sədrinin ictimaiyyətlə əlaqələr üzrə müavini seçilib. Seçkilər oktyabrın 16-da keçirilib.

Amma maraqlıdır ki, ictimaiyyətlə əlaqələrə məsul gənc bu müddətdə mətbuata danışmağa meylli olmayıb. O, AzadlıqRadiosuna da danışmaq istəməyib. Partiyanın mətbuat katibi Əli Oruclu bunu “başının qarışıq olması” ilə izah etdi.

AYXAN ETİBAROĞLU AMİP-İN NÖBƏTİ SƏDRİDİR?

AMİP sədri Yusif Bağırzadənin sözlərinə görə, Ayxan Etibaroğlu müavinliyə namizədliyini özü verib:

- Partiyanın qadınlar və gənclər təşkilatını gücləndirmək qərarına gəldik. Gənclər Təşkilatına yeni sədr və 3 müavin seçilib. Müavinlərdən biri də Ayxan Etibaroğludur.

- Ayxan Etibaroğlu gələcəkdə partiyanın rəhbəri olacaq?

- Ayxanın 18 yaşı var. Çox bacarıqlı, aktiv, siyasəti sevən, qanacaqlı, tərbiyəli oğlandır. Mən onun gələcəyinə inanıram. Amma belə söhbətləri eləmək hələ tezdir axı. Onun hələ 18 yaşı var.

- Harada təhsil alır?

- Səhv etmirəmsə, universitetdə...

Ayxan Etibaroğlunun facebook səhifəsindəsə Azərbaycan Turizm İnstitutunda oxuduğu, ingilis dilində bildiyi yazılıb.

Etibar Məmmədov 1992-ci ildə yaradılan Milli İstiqlal Partiyasının qurucularından biri və ilk sədri olub. O, 2005-ci il parlament seçkilərindən sonra fəal siyasətdən uzaqlaşıb, AMİP-in fəxri lideri kimi qalır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG