Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:29
Bu barədə Bolqarıstan Ağır Atletika Federasiyasının sədri Nedelcho Kolev çərşənbə günü yerli mətbuata müsahibəsində deyib.

53 kg çəki dərəcəsində mübarizə aparan 18 yaşlı Kostov ötən il gənclər arasında Sinqapurda keçirilmiş Olimpiya yarışında qızıl medal qazanıb.

56 kg çəki dərəcəsində mübarizə aparan 17 yaşlı Xristov isə bu ilin aprelind' keçirilmiş Avropa çempionatında Azərbaycana qızıl medal qazandırıb.

Amma onun qələbəsi Bolqarıstan federasiyasının etirazına görə ləğv edilib.

Kolev bildirib ki, federasiya bu transferlərə görə 400 min avro qazanacaq və bu vəsait milli klubların inkişafı və yığmanın hazırlığına sərf olunacaq.

Kostovla Xristovun adları artıq Azərbaycan millisinə salınıb və gələn şənbə Paristə başlanacaq dünya çempionatında Azərbaycanı təmsil edəcəklər.

Onlar gələn il London Olimpiadasında da iştirak etmək fikrindədirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG