Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:34

Cənubi Qafqaz yazıçıları indi bir almanaxda!


Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda rus dilində nəşr olunmuş “Cənubi Qafqaz” almanaxının təqdimatı keçirilib. APA-nın məlumatına görə, almanaxın Azərbaycan təmsilçisi və redaktoru, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəylidir.

E. Hüseynbəyli Cənubi Qafqazda beş millətin ədəbiyyatını (Azərbaycan, gürcü, erməni, osetin, abxaz) birləşdirən almanaxın ildə iki dəfə rus dilində nəşr olunacağını bildirib.

Bu ilin sonuna kimi almanaxın ikinci sayı çapdan çıxacaq. Nəşr 250 səhifədən ibarətdir. İlk almanaxa hər millətdən beş müəllifin əsərləri daxildir.

Almanaxda azərbaycanlı müəlliflərdən Səlim Babullaoğlu, Elxan Zal Qaraxanlı, Rafiq Tağı, Məqsəd Nur və Elçin Hüseynbəylinin əsərləri yer alıb. Almanaxın nəşri Avropa Birliyinin “Güney Qafqazda dialoq və psixoloji sədlərin keçirilməsi” layihəsi çərçivəsində həyata keçirilib, təşkilatçı isə İngiltərənin “İnternational Alyort” qeyri-hökumət təşkilatıdır.

Layihə “Ədəbiyyat millətləri ayırmır, barışdırır” prinsipinə və xalq diplomatiyasına əsaslanır.

APA

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG