Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:20

Yunanıstanın nazirlər kabineti referendum təklifini qəbul edib


Yunanıstanın nazirlər kabineti Avropa Birliyi və Beynəlxalq Valyuta Fondundan maliyyə yardımı alınmasının referenduma çıxarılmasıyla bağlı baş nazir Georgios Papandreounun təklifini yektilliklə qəbul edib.

Baş nazir belə bir təkliflə bazar ertəsi çıxış edib.

Avrozona ölkələri bu günlərdə Yunanıstanın borclarının 50 faizinin silinməsi və ölkəyə növbəti kredit verilməsi barədə razılığa gəliblər.

Fransa prezidenti Nikolas Sarkozy ilə Almaniyanın kansleri Angela Mekel böyük
20-lər ölkələrinin Kan sammitindən əvvəl Papandreu ilə görüşmək fikrindədirlər.

Avrozona ölkələri hesab edirlər ki, referendumda yardıma yox deyilsə Yunanıstanda defolt baş verə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG