Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:01

Qədir Rüstəmov komaya düşüb


Azərbaycanın xalq artisti Qədir Rüstəmov Türkiyədə müalicə aldığı xəstəxanada koma vəziyyətinə düşüb.

Xəbər saytlarında yayılan bu məlumatı xalq artisti Arif Babayev də təsdiqləyib. O, AzadlıqRadiosuna deyib ki, bu haqda ona noyabrın 1-də Qədir Rüstəmovun yaxınları məlumat verib. O özü hələlik Qədir Rüstəmovun ailə üzvləri ilə əlaqə yarada bilməyib:
«Mən Allahdan ancaq şəfa diləyirəm Qədirə. Özgə əlimdən nə gələr ki...».

Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olub.

Qədir Rüstəmov «Sona bülbüllər» xalq mahnısının əvəzsiz ifaçısı kimi tanınır. Onun oxuduğu «Rast», «Çahargah» muğamları isə Azərbaycan Radiosunun «Qızıl fond»unda saxlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG