Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:00

Bir ildə ərzağın qiyməti 20 faizə qədər qalxıb


Arxiv .'kil
Arxiv .'kil

Dünya Bakının noyabrın 2-də yayılan hesabatına görə dünyanın əksər ölkələrində ərzaq məhsullarının qiyməti yüksək olaraq qalır. Bu isə kasıb ölkələrə çox güclü zərbədir və qlobal iqtisadi vəziyyəti daha da gərginləşdirir. 20 ölkədə ərzağın qiyməti son bir ildə xüsusilə kəskin şəkildə - 86 faiz qalxıb.

Dünya Bankının bu hesabatının açıqlanması “Böyük 20-lər”in Fransanın Kan şəhərindəki sammitindən əvvələ təsadüf edir.


Hesabatda deyilir ki, ərzaq qiymətləri ilə bağlı indeks bu ilin fevral ayında pik həddə çatmış göstərici ilə müqayisədə 5 faiz aşağı düşüb.

Amma yenə də ərzağın qiyməti ötən ilin sentyabr ayı ilə müqayisədə 19 faiz yüksəkdir.

Bildirilir ki, buğdanın qiyməti Burundi, Belarus və Pakistanda 10 faiz qalxıb. Əksinə, Amerika və El Salvadorda yerli bazarlarda qiymətlər bu qədər enib. Həmçinin, ətin qiyməti Çində və Mərkəzi Asiyada 50 faizə qədər artıb.

Afrika buynuzunda davam edən böhran 13.3 milyon əhalinin yaşayışına təsir etməkdədir.

Somalidə aclıq davam etməkdədir. Bu ölkədə humanitar böhranla üzləşən insanların sayı 4 milyon nəfərə çatıb, əgər zəruri tədbirlər görülməsə, qarşıdakı dörd ay ərzində 750 000 adamın aclıqdan ölmək təhlükəsi var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG