Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:36

«Bakcell» və «Azercell» 3G lisenziyası alıb


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi «Bakcell» və «Azercell» operatorlarına 3G xidməti üçün lisenziyaların verilməsi haqda qərar qəbul edib.

Qərar noyabrın 1-də nazirliyin 2011-ci ilin 9 ayının yekunlarına həsr olunmuş kollegiya iclasında qəbul olunub.

Nazir Əli Abbasov bildirib ki, ötən dövr ərzində İKT sektorunda artım tempi 12.4%, o cümlədən telekommunikasiya sektorunda 8.3%, İT sektorunda 1.6 dəfə, informasiya sektorunda isə 38.8% təşkil edib.

Hesabat dövründə mobil abunəçilərin sayı 10 mln. nəfərə yaxın, əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 15, internet istifadəçilərinin sayı isə 60-a bərabər olub.
XS
SM
MD
LG