Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:02

İstanbulda Əfqanıstanla bağlı beynəlxalq konfrans işə başlayıb


İstanbulda 2014-cü il xarici qüvvələrin ölkədən çıxarılmasından sonra Əfqanıstanda təhlükəsizlik və sabitliyin təmin olunması ilə bağlı beynəlxalq konfrans öz işinə başlayıb.

Forumda 20 ölkənin, o cümlədən ABŞ, Rusiya, Fransa, Almaniya, Çin, İran, Mərkəzi Asiya ölkələri, BMT, NATO və beynəlxalq humanitar təşkilatların nümayəndələri iştirak edirlər.

Konfransın açılışını edən Türkiyə prezidenti Abdullah Gul deyib ki, Əfqanıstanda sabitliyi bərpa etmək üçün regionun bütün ölkələri həmrəy olmalıdır.

Gözlənilir ki, Əfqanstan prezidenti Hamid Karzai görüşün iştirakçılarına regionun təhlükəsizliyi və əməkdaşlığı ilə bağlı danışıq layihəsi təqdim edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG