Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:29

Azərbaycan gender siyahısında 91-ci yerdə


Foto: Arxiv
Foto: Arxiv
«Son 6 ildə ölkələrin 85 faizi gender münasibətləri sahəsində vəziyyəti yaxşılaşdırdıqları halda dünyanın başqa hissəsində durum fərqlidir. Xüsusən də bir neçə Afrika və Cənubi Amerika ölkələrində».

Hər il keçirilən Dünya İqtisadi Forumunun hazırladığı Gender Bərabərliyi ilə bağlı hesabatda belə deyilir.

CÜZİ GERİLƏMƏ VƏ İRƏLİLƏMƏLƏR

Hesabata görə, ötən il Yeni Zelandiya, Cənubi Afrika, İspaniya, Şri-Lanka və Böyük Britaniyada cüzi də olsa, gender bərabərliyində enmələr sezilir. Braziliya, Efiopiya, Qətər, Tanzaniya və Türkiyədə isə əksinə, irəliləmə müşahidə olunur.

Skandinaviya ölkələri isə (Finlandiya, İslandiya, Norveç və İsveç) yenə də siyahıda ön yerlərdə gəlməkdədirlər.

AZƏRBAYCAN QONŞULARINA UDUZUR

Azərbaycan isə 135 ölkə arasında 91-ci yerdədir. Onun qonşuları Ermənistan 84, Gürcüstan 86, Türkiyə 122-cidir.

Hesabat müəllifləri bəzi kriteriləri üzrə də araşdırma aparıblar.

Məsələn, təhsil uğurlarına görə Azərbaycan siyahıda 73-cü yerdədirsə, Ermənistan 27-ci, Gürcüstan 62-cidir.

Səhiyyə sahəsində Azərbaycan 132-ci sırada qərarlaşıb. Ermənistan isə ondan cəmi bir pillə irəlidədir - 131. Gürcüstan qonşularını bir azca qabaqlaya bilib - 128.

Gələk siyasi idarəetmə məsələlərinə. Azərbaycan qonşularından bu dəfə irəlidədir. O, 103-cü yerdə, Ermənistan 108, Gürcüstan 120-ci yerdədir.

İqtisadi əməkdaşlıq və imkanlar məsələsində Azərbaycan qonşularına yenə uduzur. Gürcüstan 54, Ermənistan 62, Azərbaycan isə 70-ci yerdədir.
XS
SM
MD
LG