Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:29

Dünyada ərzaq məhsullarının qiyməti yüksək olaraq qalır


Dünyada ərzaq məhsullarının qiyməti yüksək və dəyişkən olaraq qalır. Bu isə kasıb ölkələrə çox güclü zərbədir və qlobal iqtisadiyyatın vəziyyətini daha da gərginləşdirir. Dünya Bankının dünyada ərzağın qiyməti ilə bağlı son üçaylıq hesabatında belə deyilir. Dünya Bankının bu hesabatının açıqlanması “Böyük 20-lər”in Fransanın Kan şəhərindəki sammitindən əvvələ təsadüf edir.

Hesabatda deyilir ki, ərzaq qiymətləri ilə bağlı indeks bu ilin fevral ayında pik həddə çatmış göstərici ilə müqayisədə 5 faiz aşağı düşsə də, ötən ilin sentyabr ayı ilə müqayisədə 19 faiz yüksəkdir. Bildirilir ki, buğdanın qiyməti Burundi, Belarus və Pakistanda 10 faiz qalxıb. Həmçinin, ətin qiyməti Çində və Mərkəzi Asiyada kəskin artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG