Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:30

London məhkəməsi “WikiLeaks” yaradıcısı ilə bağlı qərar çıxaracaq


Bu gün Londonda məhkəmə “WikiLeaks” saytının yaradıcısı Julian Assangenin İsveçə verilməsi ilə bağlı qərar çıxaracaq. İsveçdə Assangeı zorlamada ittiham edirlər.

Julian Assange ittihamları rədd edir və iddia edir ki, onu Amerikanın məxfi diplomatik sənədlərini yaydığına görə cəzalandırırlar.

Oktyabrda Assange elan edib ki, maliyyə çətinliyi ilə əlaqədar məxfi sənədlərin nəşrini dayandırır. Bundan öncə Visa və Master Card ödəmə sistemləri “WikiLeaks”in hesabına pul köçürmələrini dondurublar.
XS
SM
MD
LG