Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:13

Milyon illərlə yaşı olan dəniz nəhənglərinin sümükləri aşkarlanıb


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri Pirəküşkül qəsəbəsində apardıqları qazıntılar zamanı milyon illərlə yaşı olan dəniz nəhənglərinin yeni sümüklərini aşkarlayıblar.

Bu barədə «Trend»ə institutun mətbuat xidmətindən bildirilib.

Tədqiqatlar 5 ildir aparılır. Hazırda tapıntılar analiz edilir və daha müfəssəl məlumatlar tədqiqatlar başa çatdıqdan sonra açıqlanacaq.

Bundan əvvəl Abşeron yarımadasında 25-30 milyon il bundan əvvəl yaşamış nəhəng dəniz heyvanlarının sümükləri tapılmışdı. Onların sırasında iri ayaqlı, quyruqlu, uzunboğaz əcaib dəniz yırtıcılarının da sümükləri vardı. Həmin yırtıcılar qədim dinozavrların törəmələridir. Bu törəmələrin ən son növləri hazırkı balina və delfinlərdir. Bütün bu nəhənglər o vaxtlar suyun altında olmuş Azərbaycanda yaşayıblar.
XS
SM
MD
LG