Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:52

Əfqanıstan və Pakistan rəhbərləri razılığa gəliblər


Əfqanıstan və Pakistan prezidentləri İstanbulda görüşüblər. Görüşdə Türkiyə prezidenti Abdulla Gul də iştirak edib. Bu gün İstanbulda keçiriləcək Əfqanıstanla bağlı beynəlxalq konfransdan öncə Əfqanıstan və Pakistan hərbi rəhbərləri də öz aralarında məsləhətləşmələr aparıblar.

Prezidentlərin görüşündən sonra Abdulla Gul mətbuat konfransında deyib ki, Əfqanıstan və Pakistan rəhbərləri razılığa gəliblər ki, keçmiş əfqan prezidenti və sülhməramlı vasitəçi Burhanuddin Rabbaninin öldürülməsi məsələsini araşdırmaqda əməkdaşlıq etsinlər.

Əfqanıstan Pakistanı Taliban döyüşçülərini dəstəkləməkdə ittiham edir. Sentyabrda Rabbaninin öldürülməsindən sonra iki tərəf arasında danışıqlar dayandırılmışdı. Qətli Pakistanın Quetta şəhərinə sığınmış talibanın törətdiyi deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG