Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:29
Kağız kitabların axırı çatıbmı? Elektron kitablar kağız kitabları, nəşriyyatları, kitab dükanlarını sıradan çıxaracaqmı?

Kağız kitablardan imtina edib elektron kitablara keçərdinizmi?

"Oxu zalı"nın Facebook səhifəsində başlanan müzakirəyə yazıçı Pərviz Cəbrayıl, Aydın Xan, Sahilə İbrahimova, Faiq Balabəyli qatılıblar. Başqa yazarlar da aktiv olub.

Jale Ismayil Normal kitabın böyük üstünlükləri var. Onu şam işığında da, sevgilinin gözlərinin işığında da oxumaq mümkündür))

Perviz Cebrayıl Feyziyye xanım. Yox, sıradan çıxara bilməz. Bəli, bu, nəşriyyatların satışına zərbə vurur, ama onu bütövlükdə sıradan çıxarmaq mümkün deyil. Haçansa yalnız e-kitablar oxunacaqsa, bu tam olaraq mümkün deyil məncə, onda da həmin nəşriyyatlar e-nəşriyyat olacaq. Para varsa, bu elə də çətin keçid deyil. Əsas odu ki, kitab oxuyan olsun. Oxuyan Daş kitabədə, "şüşə", kağız kitabda da olsa oxumağından qalmayacaq.

Aydin Xan Ebilov ABŞ beyin mərkəzlərinin hesablamalarına görə 5 ildən sonra kağız formada qəzet olmayacaq, nəinki kitab! Bizdə onsuz da indi qəzet-jurnal oxuyan yoxdur...

Kanan Haci Düşünmürəm ki, e.kitablar nəşriyyatları sıradan çıxara bilsin. Son zamanlar Bakıda kitab mağazalarının sayı xeyli dərəcədə artıb. Kağız kitab alanlar da var. Elektron kitabın da öz həvəskarları var. Bilgisayara, texnikaya meylli insanlar, iş adamları əsasən e. kitablara üstünlük verir. Ama Dostoyevskini, Tosltoyu, Şoloxovu(Sakit Don kimi nəhəng əsəri!) necə elektron variantda oxumaq olar?!

Sahila Ibrahimova Nece ona deye bilerik ki qezetin temasini hech ne vermir, sen gel Times qezetini sifarish ele, express pochta 50$ ode, bir hefteden sonra elin qezetin sehifesine deysin.

Alpay Azer Qərbdə elektron kitablar nəşriyatlara ziyan vurur. Saytlarda bununla bağlı hərdən statistik məlumatlar da gedir. ELektron kitablar kağız biznesinə də
zərbə vuracaq. Bir də bu işsizlərin sayının artması demək olacaq. Yəqin ki bizdə bur proses hardasa 10-15 ildən sonra qabarıq hiss olunacaq.

Elmi İşıq e-kitab oxumaqın tək səbəbi pulsuzluq və ya xəsislikdir(kitab almaqa qarşı xəsislik,başqa şeylərə rahat pul xərcləyirlər),pul olandan sonra heç kim ekitap oxumaz,lazım olan kitabı dünyanın harasında olursa olsun internet vasitəsilə almaq olur

Nigar Soltanova Hər nə qədər oxuduğumuz kitabların elektron variantları olsa da,yenədə bir oxucu kimi kağız kitaba üstünlük verirəm.Mən günümün çox hissəsini kitab oxumaqla keçirən biri kimi deyə bilərəmki,oxuduğum kağız kitabları heç vaxt elektron kitablara dəyişmərəm…

Guntay Gencalp Tolstoyun 4 cildlik "Savaş ve barış", Dostayevskinin uzun həcmli əsərlərini bilgisayarda oxumaq olmaz, zövqsüz olur. Bilgisayar xəbəeləei izləmək üçün yaxşıdır.

Faiq Balabeyli-Seferov Pərviz bəy, mən sinlə həm də razıyam. ama yaxşı əsər olmayanı adı elektron kitab deyilən nəsnəyə yerləşdir, heç Aydın Xan gilin kəndinə qədərdə gedib çatma

Habil Yashar mən komputerdən böyük əsərləri oxumağa darıxıram...infoları,kiçik həcmli şerləri oxuyuram sadəcə...amma kağız kitabdan çox zövq alıram...və bu səbəbdən imtina etməzdim....

Müzakirənin TAM MƏTNİ burda

Forumun aparıcısı mən idim – Feyziyyə.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG