Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:12

BMT Kiprin birləşməsi sazişini yanvar ayına gözləyir


BMT-nin baş katibi Ban Ki-moon deyib ki, Kiprin birləşməsi sazişinin bağlanacağını yanvar ayına gözləyir.

Ban Ki-moon bu sözləri Kiprin yunan və türk icmalarının liderləri ilə Nyu Yorkda görüşlərdən sonra deyib.

Görüşləri isə BMT-nin baş katibi müsbət, məhsuldar adlandırıb.

Ban Ki-moon deyib ki, hər iki icmanın liderləri ona təminat veriblər ki, ilin sonuna birləşmə sazişini yekunlaşdıracaqlar.
XS
SM
MD
LG