Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:13

Ermənistanın Daxili İşlər naziri işdən çıxarıldı


Alik Sargsian mətbuat konfransında, 21 avqust 2009

Alik Sargsian mətbuat konfransında, 21 avqust 2009

Ermənistan prezidenti ölkənin Daxili İşlər naziri general-leytenant Alik Sargsian-ı işdən azad edib. Sargsian-ı özünə müşavir təyin edən prezident ölkə polisinə rəhbərliyə isə Vladimir Gasparian-ı gətirib. Vladimir Gasparian buna qədər Qasparyan müdafiə nazirinin müavini idi.

Alik Sargsian AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, vəzifədən azad olunduğunu ona bu gün səhər deyiblər. Halbuki ölkə mediası bu barədə dünən axşamdan yazırdı.

Sargsian işdən çıxarılmağını pis işləməyi ilə yozmaq istəməyib. O deyib ki, "ölkədə operativ vəziyyət nəzarətdədir".

O deyib ki, "bunu prezident həll edir. Bir gün məni vəzifəyə təyin etmək qəraraını verdiyi kimi, bir gün də azad etməli idi".

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG