Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:45

Ermənistanın baş polisi işdən çıxarıldı


Ermənistan prezidenti ölkənin Polis Rəisi Alik Sarqsyanı işdən azad edib.

Ermənistanda Polis Rəisi faktiki olaraq ölkənin daxili işlər naziridir.

Polis Rəisi vəzifəsinə prezidentin fərmanı ilə Vladimir Qasparyan təyin edilib. Qasparyan müdafiə nazirinin müavini idi.

Alik Sarqsyan isə prezidentin müşaviri təyin olunub.

Sarqsyan Azadlıq Radiosunun erməni xidmətinə deyib ki, Polis Rəisi vəzifəsindən azad olunduğunu ona bu gün səhər deyiblər. Halbuki ölkə mediası bu barədə dünən axşamdan yazırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG