Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:54

ABŞ UNESCO-ya maliyyə yardımını kəsdi


Fələstin, 21 sentyabr 2011
Fələstin, 21 sentyabr 2011
ABŞ elan edib ki, UNESCO – BMT-nin təhsil, elm və mədəniyyət təşkilatına maliyyə yardımını kəsəcək. Buna səbəb təşkilatın Fələstini tamhüquqlu üzv qəbul etməsidir.

ABŞ Dövlət Departamentinin sözçüsü Victoria Nuland bu bəyanatla səsvermədən az sonra çıxış edib:

«Fələstinin UNESCO-ya tamhüquqlu üzv seçilməsi Birləşmiş Ştatları bu təşkilata maliyyə yardımını dayandırmağa vadar edir. Bu, qanunverici məhdudiyyətdən irəli gəlir».

ABŞ-IN YARDIMI UNESCO BÜDCƏSİNİN DÖRDDƏ BİRİDİR

Birləşmiş Ştatlarda 1990-cı illərdə qəbul olunmuş qanuna əsasən, Vaşinqton İsraillə sülh əldə olunmadan Fələstini üzv qəbul edən istənilən BMT qurumuna maliyyə yardımını dayandırmalıdır.

ABŞ-ın UNESCO-ya hər il köçürdüyü 70 milyon dollar maliyyə yardımı bu təşkilatın ümumi büdcəsinin dörddə birini təşkil edir.

V.Nuland deyib ki, noyabrda təşkilata ödəniləsi 60 milyon dolların verilməsi təxirə salınıb.

Səsvermə zamanı 107 dövlət Fələstinin UNESCO-ya üzv seçilməsinin lehinə, 14-ü əleyhinə səs verib.
Victoria Nuland
Victoria Nuland
52 dövlət bitərəf qalıb.

QƏRARIN ƏLEYHİNƏ OLANLAR

İsrail, Almaniya, Hollandiya və İsveçin bu məsələdə mövqeyi ABŞ-la eyni olub, onlar da qərarın əleyhinə səs veriblər.

Vaşinqtonda V.Nuland səsverməni «kədərli» və «vaxtsız» adlandırıb. O, deyib ki, bu, Yaxın Şərqdə sülh səylərinin ziyanınadır:

İsrail də bu təşkilata üzvlük haqqı verməyəcəyini bildirib.

İsrailin UNESCO-dakı səfiri Nimrod Barkan səsverməni «faciə» adlandırıb:

«UNESCO elmə bağlı təşkilatdır, elmi fantastikaya bağlı yox. Amma buna baxmayaraq, təşkilatın əksər üzvləri reallığın elmi-fantastik variantını qəbul ediblər, mövcud olmayan dövləti təşkilata üzv seçiblər».

İsrailin Xarici İşlər Nazirliyinin bəyanatında da deyilir ki,
Mahmoud Abbas
Mahmoud Abbas
bu addım beynəlxalq ictimaiyyətin sülh səylərindən imtinaya bərabərdir.

FƏLƏSTİN RƏSMİLƏRİ: «BU, ƏDALƏTİN QƏLƏBƏSİDİR»

Fələstin rəsmiləri isə səsverməni alqışlayıblar, deyiblər ki, «Fələstinin UNESCO-ya daxil edilməsi hüquqlarımızın, ədalətin və azadlığın qələbəsidir».

Sentyabrda Fələstin lideri Mahmoud Abbas BMT-yə tam üzvlük üçün müraciət də edib. Bu məsələ noyabrın 11-də Təhlükəsizlik Şurasında müzakirə olunacaq.

Birləşmiş Ştatlar veto hüququndan istifadə edəcəyini bildirib.

Birləşmiş Ştatlar bundan əvvəl - 1980-ci illərdə də UNESCO-nu boykot etmişdi. 2003-cü ildə isə yenidən təşkilata qoşulmuşdu.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG