Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:27

«Eurovision -2012»: Dinləmələr başlayır


«Eurovision -2012» Mahnı Müsabiqəsinin milli seçim turuna sənəd vermiş iştirakçıların ilkin dinləmələri başlayır.

Sənədləri qəbul olunmuş 119 nəfər iştirakçı noyabrın 3,5,7-də İctimai Televiziyada ilkin dinləmələrdən keçəcək.

İştirakçılar 3 qrupa bölünəcək. İlk qrup noyabrın 3-də çıxış edəcək. Çıxışlarda hər iştirakçı öz səs və səhnə imkanlarını hərtərəfli göstərə biləcək 2 mahnı ifa etməlidir.

Bu dinləmələrdən keçən şəxslər Milli seçim turunun əsas mərhələsinə qatılacaq və İctimai Televiziyanın canlı efirində yarışacaq.

Milli seçim ötən ilki qayda ilə aparılacaq. Azərbaycanın «Eurovision-2012» təmsilçisi münsiflər heyəti və tamaşaçıların rəyi ilə seçiləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG