Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:29

Marseldə Cümə məscidinin tikintisi məhkəmə qərarı ilə dayandırılıb

Fransanın cənubundakı Marsel şəhərində inşa edilən Cümə Məscidinin tikintisi qadağan edilib. Bu barədə yerli şəhər inzibati məhkəməsi qərar verib. Qərara əsasən, məscidin tikintisi şəhərsalma tələblərinə uyğun deyil.

Marsel Cümə məscidinin layihəsi 18 ay bundan əvvəl təsdiqlənmişdi. Bu layihənin təsdiqlənməsini “Fransada yüksəlməkdə olan İslamın simvolu” adlandırırdılar. 2009-cu ildə tikinti başlasa da, yerli sakinlərin məhkəməyə müraciətinə görə inşa prosesi dayandırılmışdı.

MƏSCİD OLSA, AVTODAYANACAQDA YER QALMAYACAQ

İddiaçılar hesab edirdilər ki, məscid inşası çox iridir, həm də mikrorayonun iqtisadi və sosial strukturuna uyğun gəlmir. Məhkəmə də iddianı dəstəkləyib. Qərarda vurğulanıb ki, məscid burda tikilsə, namaz vaxtı yaxınlıqdakı 450 nəfərlik avtomobil dayanacağında ibadət edənlərin əlindən yer qalmayacaq.

22 milyon avro dəyərində olan bu layihə çərçivəsində Cümə məscidi üçün 25 metrlik minarə tikiləcəyi planlaşdırılmışdı. Burada eyni zamanda 7 min müsəlman ibadət edə biləcəkdi. Məscid ərazisində həm də Quran məktəbi, kitabxana, çayxana və restoran fəaliyyət göstərəcəkdi.

Fransanın ikinci böyük şəhəri olan Marseldə 250 min müsəlman yaşayır. Onlar fərdi evlərdə, zirzəmilərdə yığışıb namaz qılırlar. Buna görə də yerli müsəlmanlar Cümə məscidinin layihəsinin təsdiqlənməsini “Fransanın İslama simvolu” kimi dəyərləndirmişdilər.

Layihənin memarı Maksim Repaux məhkəmə qərarını təəccüblə qarşılayıb.

“Qəribədir, biz ona görə məscid tikirdik ki, insanların küçələrdə, qarajlarda namaz qılmasına son qoyaq. Məhkəmə isə deyir ki, dayanacaqda yer olmayacaq...”

Fransada İslam atıq ölkənin ikinci dini səviyyəsinə qədər gəlib çatıb. Məhz bu ölkədə ilk dəfə olaraq çadrada gəzmək qadağan edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG