Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:47

Fransada minlərlə adam etiraz aksiyasına hazırlaşır


Fransanın cənubunda Niçça şəhərində minlərlə adam etiraz aksiyasına hazırlaşır. Etirazçılar “Böyük 20-lər”in sammitinə qarşıdırlar.

Aksiya iştirakçıları tələb edirlər ki, dünya liderləri böhranla mübarizədə maliyyə sektorunun yox, insanların marağını müdafiə edən qərarlar qəbul etsinlər.

Şəhərin və sammit keçiriləcək rayonun təhlükəsizliyini təmin etmək üçün Fransanın hər yerindən minlərlə polis səfərbər olunub.

“Böyük 20-lər”in sammitinin açılışı cümə axşamıdır. Gözlənilir ki, sammitdə avrozonadakı hazırki böhran vəziyyət müzakirə olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG