Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:57

Qurban bayramı ilə əlaqədar heyvan və ət satışı nəzarətə götürülüb


Foto: Arxiv

Foto: Arxiv

Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinə qurbanlıq heyvanların kəsilməsi üçün yer ayrılmasını tapşırıb.

Departamentin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov AzadlıqRadiosuna deyib ki, bu, şəhərdəki antisanitariyanın qarşısını almaq üçündür:

«Heyvanların sallaqxanalardan kənarda kəsilməsinin qarşısı alınacaq. Şəhərin müxtəlif yerlərində - 8-ci kilometr, Keşlə, NZS qəsəbələrində, Yasamalda və digər rayonlarda uyğun yerlər var. Biz əvvəlki illərdə Qurban bayramı ərəfəsində natəmizliklərlə üzləşdiyimiz üçün bu dəfə hamını sallaqxanalara yönəldəcəyik».

Dövlət Baytarlıq Xidməti isə noyabrın 1-dən qurbanlıq heyvanların satışı ilə bağlı araşdırmalara başlayıb.

Şəhərin giriş hissələrində - Lökbatan, Xırdalan dairələri, Şamaxı və Dərnəgül yollarında Bakıya gətirilən heyvanların sənədləri araşdıracaq. Məqsəd baytarlıq-sanitariya tələblərinə necə əməl olunması qaydalarını yoxlamaqdır.

Azərbaycanda Qurban bayramı noyabrın 6-7-də qeyd olunacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG