Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:26

Barak Obama Qırğızstanda prezident seçkisini bəyənib




ABŞ prezidenti Barak Obama deyib ki, Qırğızstanda prezident seçkisi “demokratik və sülh” şəraitində keçib.

Obamanın bəyanatında deyilir ki, Qırğızstan xalqı səsvermədə iştirak etməklə demokratiya və problemin sülh yolu ilə həllinə sadiqliyini göstərib.

Qırğızıstanda keçirilən prezident seçkisində keçmiş baş nazir Almazbek Atambaev qalib gəlib. O səslərin 63 faizini yığıb.

ATƏT-dən olan müşahidəçilər seçki kompaniyası zamanı qüsurların olduğunu bildirsələr də, səsvermənin sakit və əminaman şəraitdə keçdiyini qeyd ediblər.

Müxalif namizədlər Adakhan Madumarov və Kamchybek Tashiyev səsvermənin nəticələrini tanımadıqlarını və nəticələrin təhrif olunduğunu bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG