Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:09

BMT TŞ Liviyanı silahları yaymamağa çağırıb


BMT-nin Təhlükəsizlik Şurası Liviyanı çağırıb ki, vətəndaş münaqişəsi zamanı talanmış silahları yaymağı dayandırsın. Bununla bağlı qətnaməni Rusiya təklif edib və Şura bu qətnaməni yekdilliklə qəbul edib. Hər şeydən əvvəl söhbət daşına bilən zenit-raket komplekslərindən gedir.

Qətnamədə deyilir ki, bu cür silahların ekstremist təşkilatların, o cümlədən “Əl-Qaidə” üsyançılarının əlinə keçə bilmə təhlükəsi var.

Təhlükəsizlik Şurası həm də Tripolini çağırıb ki, bütün kimyəvi silah ehtiyatlarını ləğv etsin, bunun üçün xaricdən mütəxəssislər cəlb etsin.

Liviya hökuməti bundan öncə elan edib ki, Liviya öz ərazisində kimyəvi silah saxlamaqda maraqlı deyil, həmçinin bildirib ki, yaxın günlərdə ölkəyə xarici inspektorlar gələcək.

Bu arada NATO-nın da Liviyadakı əməliyyatı başa çatıb.
XS
SM
MD
LG