Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:51
«İQTİDAR SEÇİM QARŞISINDA»

«Bizim yol» qəzeti yazır ki, 2013-cü il prezident seçkisində uğur hökumətdə aparılacaq kadr dəyişikliyindən asılı olacaq:

«Ölkədə mövcud durumdan yalnız İctimai Palata narazı deyil, hətta orta və kiçik bizneslə məşğul olan hər bir kəs narazıdır. Minlərlə biznes adamı vergidən tutmuş, məmur özbaşınalığına qədər hakimiyyətin siyasətindən narazılığını gizlətmir. Maraqlıdır ki, etiraz elektoratı sıralarında nüfuzlu iş adamları da az deyil…

Hakimiyyətin islahat barədə dedikləri inandırıcı səslənmir. Təhlilçilər əmindirlər ki, iş qabiliyyəti kifayət qədər effektli təsir bağışlamayan hazırkı baş nazir və nazirlər korpusu ilə irəliləyişlərə nail olmaq mümkün deyil. Ölkəyə yeni və daha çevik Nazirlər Kabineti və yeni baş nazir lazımdır… Mövcud Nazirlər Kabineti ilə nəinki islahatlara nail olmaq, hətta onun imitasiyasını həyata keçirmək mümkün deyil. Odur ki, 2013-cü il prezident seçkilərindəki uğur hökumətdə aparılacaq kadr dəyişikliklərindən də asılı olacaq. Artıq kifayət qədər odioz fiqura çevrilən bəzi məmurların yeniləri ilə əvəz olunması, kadrların «cavanlaşdırılması» qaçılmazdır».

Qəbələ bazarı

Qəbələ bazarı

«KƏNDLƏRƏ POSTLAR QURULUB Kİ, MƏHSULU 1 MANATDAN ANCAQ O ADAMLARA SATAQ...»

«Azadlıq» qəzeti yazır ki, Qəbələnin Mirzəbəyli, Nic və Bum kəndlərində insanlar yetişdirdikləri məhsulu satmaqda ciddi problemlə üzləşiblər. Bu barədə qəzetə məlumat verən kənd sakinləri deyir ki, problem heç də müştəri tapmaqda deyil:

«Əksinə, məhsul sahiblərinə fındıq və şabalıdı kəndlərdən kənara çıxarmağa imkan vermirlər. Qəbələlilər deyir ki, hətta kəndlərin giriş-çıxışında xüsusi postlar da qurulub və bu yolla məhsulun kənara çıxarılmamasına nəzarət olunur: «Deyirlər ki, yerli fındıq və şabalıdı yalnız konkret adamlara sata bilərik».

Kənd sakinlərini qane eləməyən məqam məhsullarının konkret adamlara satılması məsələsi deyil. Onları narazı salan məsələ məhsula qoyulan qiymətdir: «Kəndə göndərilən o adamlar bizə deyirlər ki, tapşırıq var, heç kim məhsulu kilosu 1 manatdan baha sata bilməz. Halbuki, bazarda fındıq və şabalıdın neçə dəfə baha olduğu hamıya məlumdur. BMT-də Azərbaycanın nümayəndə heyəti

BMT-də Azərbaycanın nümayəndə heyəti

Biz kəndliyik, qane eləyən qiymətə alsalar, bizim üçün nə fərqi var ki, bu adamlara satdıq, yoxsa başqasına... Hər şey insaf çərçivəsində olmalıdır axı...».

«AZƏRBAYCANIN BU QƏLƏBƏSİNİN TƏMİNATÇISI İLHAM ƏLİYEVDİR»

«Azərbaycan» qəzeti yazır ki, «Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, ilk növbədə, prezident İlham Əliyevin uğurlu xarici siyasətinin göstəricisidir:

«Ölkəmizin bu qələbəsini məhz prezident İlham Əliyev təmin etmişdir. Azərbaycanın bu posta seçilməsi prezident İlham Əliyevin indiyədək apardığı düşünülmüş və məqsədyönlü siyasətin məntiqi sonluğudur…».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG