Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:28

“AvtoVAZ”ın top menecerini Bakıya buraxmayıblar


Domodedovo hava limanı
Domodedovo hava limanı

Azərbaycan Hava Yollarının (AZAL) əməkdaşları oktyabrın 27-də Moskvada Domodedovo hava limanında Rusiya vətəndaşı Sergey Gurciana Bakıya gəlməyə icazə verməyiblər. Rusiya mediası yazır ki, buna onun erməni soyadı səbəb olub və o, məhkəməyə üz tutacağını istisna etməyib.

Sergey Gurcian “AvtoVAZ”ın idxal satış şöbəsinin rəisidir. O, Bakıya yeni Lada avtosalonunun açılışında iştirak etmək üçün gəlirmiş.

GURCİANA HEÇ NƏ KÖMƏK ETMƏYİB

Sergey Gurcian “Live Journal”dakı bloqunda oktyabrın 27-də axşam Domodedovo aeroportuna gəldiyini, Azərbaycan Hava Yollarının Bakıya uçan təyyarəsi üçün qeydiyyatdan keçərkən ona mane olunduğunu yazıb. Əvvəlcə aeroportun əməkdaşı, sonra isə Azərbaycan Hava Yollarının nümayəndəsi ona bildirib ki, “rəhbərlikdən erməni soyadlı sərnişinlərin qeydiyyatdan keçirilməməsi ilə bağlı göstəriş var”.

Gürciana nə Rusiya vətəndaşı pasportu, Moskvada doğulub, bu şəhərdə yaşaması ilə bağlı izahı kömək etməyib.
23 milyonuncu Lada AvtoVazın Tolyatti zavodunda konveyerdən çıxır. 31 avqust 2005
23 milyonuncu Lada AvtoVazın Tolyatti zavodunda konveyerdən çıxır. 31 avqust 2005
Lada İnternational-ın rəhbərlərindən biri Demitri Şumaxer də Sergey Gürcianla birlikdə olub. Onlar AZAL əməkdaşlarına baş verənlərin ayrıseçkilik olduğunu bildiriblər.

Rusiya mediası yazır ki, AZAL-dan baş verənlərlə bağlı heç bir açıqlama verməyiblər. AvtoVAZ-n mətbuat xidmətindən “Kommersant” qəzetinə bildiriblər ki, baş verənləri şərh etməyəcəklər.

Rusiya prezidentinin köməkçisi isə Twitter-də baş verənləri “özbaşınalıq” adlandırıb.

AZAL RƏSMİSİ: “BİZ SİYASƏTƏ QOŞULMURUQ”

Azərbaycan Hava Yolları (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli AzadlıqRadiosuna bildirib ki, Sergey Gürcianın Bakıya gələ bilməməsi onun soyadı ilə bağlı olmayıb:

“Biz siyasətə qoşulmuruq, sərnişin daşıyırıq. Onlar istədikləri vaxt Azərbaycana gələ bilirlər. Ancaq bunu əvvəlcədən razılaşdırırlar.

Azal-ın emblemi
Azal-ın emblemi
Məsələn, ermənilər bizim tədbirlərdə, NATO-nun tədbirlərində, idman yarışlarında iştirak edirlər. Təhlükəsizliyinə görə bu adama deyilib ki, razılaşdırılmadan gedirsən, təhlükəsizliyini təmin etmək bizlik deyil. Ona təhlükəsizlik qaydalarını izah edəndə yanında olan Dmitri Şuxmaxer adlı şəxs bizim nümayəndəni pis söyüşlərlə təhqir edib.

Nümayəndəni təhqir edəndə Moskvadan Bakıya uçmaq üçün qeydiyyatdan keçməyi gözləyən azərbaycanlı sərnişinlər mübahisəyə qoşulub. Bizim nümayəndə görəndə ki, pis vəziyyət alınacaq, onun reysdən kənarlaşdırılması ilə bağlı qərar verilib”.

Məhərrəm Səfərli deyir ki, Azərbaycan Hava Yolları nümayəndəsinin özünü qaydalara uyğun aparmayan şəxsi reysdən kənarlaşdırmaq səlahiyyəti var.

AZAL-ın sözçüsü Sergey Gurcianı Bakıya dəvət edən Xəzər-Lada avtosalonundan onun Bakıya gəlişi ilə bağlı AZAL-a heç bir məlumat vermədiyini də bildirib.

Bakıda Lada-nın rəsmi diler mərkəzi olan “Xəzər-Lada” ASC-dən özünü təqdim etməyən şəxs isə AzadlıqRadiosuna bildirdi ki, “bu barədə məlumat verə bilməzlər”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG